![Daha bir şəhid atası vəfat etdi - FOTO](/uploads/posts/2024-02/1707726919_screenshot_2.webp)
-
- 12-02-2024, 12:36
- 356
Daha bir şəhid atası vəfat etdi - FOTO
Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası vəfat edib.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, xəstəlikdən əziyyət çəkən şəhid atası Elxan Ağakişiyev ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İlkin Ağakişiyev evin tək oğul övladı olub. O, 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində şəhid olub və nəşi bir müddət sonra tapılaraq 27.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.
Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" medalları ilə təltif edilib.
![](/uploads/posts/2024-02/ilkin_agakishiyev.webp)
![](/uploads/posts/2024-02/sehid.webp)