Şəhid atası vəfat etdi - FOTO
    • 11-12-2023, 16:51
    • 155

Şəhid atası vəfat etdi - FOTO

Ucar rayonunda şəhid atası vəfat edib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, şəhid gizir Coşqun Məmmədovun atası Elnur Məmmədov bu gün dünyasını dəyişib.

Mərhum rayonun Qarabörk kəndində dəfn olunacaq. 

Qeyd edək ki, C.Məmmədov Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. 

Ailəli idi. İlkin adlı oğlu Vətənə əmanət qalıb.