“Fəlakət” “Ben bu cihana sığmazam” serialında - FOTO
    • 12-02-2024, 13:45
    • 816

“Fəlakət” “Ben bu cihana sığmazam” serialında - FOTO

Aktyor Elşən Orucov "Ben Bu Cihana Sığmazam" serialında rol alacaq.

News24.az azxeber.com-a istinadən xəbər verir ki, aktyor serialda Qardaşovun (Ozan Akbaba) Rumıniyada gizli mərkəzdə saxlanılan qardaşı Rəşad obrazını canlandıracaq.

KYN Production House-da istehsal olunan, rejissoru Mustafa Şevki Doğan olan serialın ssenari müəllifi Zülküf Yücel və Zehra Yüceldir. Oktay Kaynarca və Ebru Özkan Şabanın baş rollarını paylaşdığı serialın çəkilişləri bütün sürəti ilə davam edir.