-
- 12-02-2024, 14:14
- 488
Eşşək südü hansı xəstəliklərə FAYDALIDIR? – ŞOK AÇIQLAMA
Son zamanlar yayılan xəstəliklərdən biri olan qızılca hər kəsdə narahatlıq hissi doğurur. Bu xəstəliyə yoluxan şəxslər isə adətən alternativ yollarla xəstəlikdən qurtulmağa çalışırlar. Məsələn, son zamanlar eşşək südünün qızılca xəstəliyinin dərmanı kimi yayılan xəbərlər isə daha çox gündəm olub. Bəs, həqiqətən də eşşək südü faydalıdır?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirdi ki, eşşək südü müalicə üsulu sayıla bilməz:
“Son zamanlar sosial şəbəkələrdə eşşək südü ilə bağlı məsələ çox populyarlaşıb. Guya ki, eşşək südü quru öskürəyi, qızılcanı müalicə edir. Siz bunu heç bir elmi mənbədə tapa bilməzsiniz. Bu, mümkünsüzdür. Çox təəssüf ki, insanların böyük əksəriyyəti bu cür qeyri-ciddi yayılan söhbətə inanır. Hətta, bir-birilərinə məsləhət görür və yönləndirirlər ki, Bakının hansısa kəndində eşşək südü satılır. Qiymətini də yazırlar ki, insanlar alıb, ondan istfadə etsin. Qeyd edim ki, çox mənasız, məzmunsuz, qeyri-ciddi elmdən kənar bir söhbətdir. Ümumiyyətlə, bu, mənasız müalicə üsuludur”.
Mehriban Mirzəzadə