-
- 12-02-2024, 16:28
- 37 718
Dollar rekord həddə bahalaşdı
Türkiyə bazarlarında dolların tədricən bahalaşması davam edir.
News24.az xəbər verir ki, Türkiyə banklararası bazarda dollar/TL 30,70, Avro /TL isə 33,16-dan ticarət olunur.
Ötən həftə ABŞ-da açıqlanan və ölkə iqtisadiyyatında güclü mövqeyə işarə edən məlumatlar “yumşaq eniş” ssenarilərini dəstəkləsə də, şirkət gəlirliliyinin bütün dünyada gözləntiləri aşmağa davam etməsi investorların risk iştahını artırıb.
Analitiklər keçən həftə Nyu-York fond bazarında dördüncü rüb balans hesabatlarında gözləniləndən daha yaxşı gəlir və mənfəət açıqlayan texnologiya şirkətlərinin başçılıq etdiyi birjada yeni zirvələrin müşahidə edildiyini xatırlatdılar. Sabah açıqlanacaq inflyasiya məlumatlarının Türkiyədə volatilliyi artıra biləcəyini bildiriblər.
Günel Məlikzadə