Günəşlidə bina çökmə təhlükəsi ilə üz-üzədir - ŞOK GÖRÜNTÜLƏR / ÖZƏL
    • 12-02-2024, 19:08
    • 830

Günəşlidə bina çökmə təhlükəsi ilə üz-üzədir - ŞOK GÖRÜNTÜLƏR / ÖZƏL

Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə sürüşmə təhlükəsi var. Sonuncu baş verən zəlzələdən sonra evlərdə çatlar əmələ gəlib. Binanın ətrafında çökəkliklər və qırılmalar meydana gəlib. Bina sakinlərin yaşaması üçün təhlükəli vəziyyətdədir. Lakin buna baxmayaraq binada 300-ə yaxın  mənzildə yaşayış var. 

Daha ətraflı RTV-nin süjetində izləyə bilərsiniz