16 yaşlı şagirdi nəyə görə bıçaqlayıblar? - “Qışqırıq səsləri eşitdim...”
    • 12-02-2024, 22:33
    • 316

16 yaşlı şagirdi nəyə görə bıçaqlayıblar? - “Qışqırıq səsləri eşitdim...”

Cəlilabad azyaşlılar arasında bıçaqlanma hadisəsi baş verib.

RTV -nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Cəlilabad şəhər 4 saylı orta məktəbin şagirdi 16 yaşlı Həsən Baxşəliyev onunla paralel oxuyan 15 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. 

Bel və qarın nahiyəsindən iki bıçaq zərbəsi alan yeniyetmə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb, hazırda həkim nəzarətindədir. 

Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. İlkin məlumata görə, hadisəyə səbəb yeniyetmələr arasında baş verən münaqişə olub.

Faktla bağlı araşdırma aparılır.