Bitcoin 50 min dolları keçdi
    • 13-02-2024, 09:13
    • 278

Bitcoin 50 min dolları keçdi

Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 2,3 faiz artaraq 1 trilyon 850 milyard dolları keçib.

News24.az xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti spot Bitcoin ETF-lərinə investisiyalar artmaqda davam etdiyi üçün son 24 saat ərzində 3,8 faizdən çox dəyər qazanıb.

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici monetar siyasətə keçəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəkləyir.

Bu gün CET vaxtı ilə 20.30-a 50 min 195 dollardan satılan bitkoin 2021-ci ilin dekabrından bəri ən yüksək dəyərinə çatıb. Bitkoinin həftəlik dəyər artımı da 17,4 faizi keçib.

Bitcoin 2023-cü ilin oktyabr ayından etibarən 80 faizdən çox dəyər qazandı, lakin hələ də 2021-ci ilin noyabrında rekord səviyyə olan 68 990 dollardan çox uzaqdadır. Bitkoinin qiyməti keçən ildən bu yana təxminən 157 faiz artıb.

Günel Məlikzadə