Bitkoinin qiyməti 65 min dolları keçdi
    • 20-10-2021, 18:05
    • 1 722

Bitkoinin qiyməti 65 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti ilk dəfə 65 min ABŞ dollarını keçib.

News24.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 4,5 faiz, son 7 gün ərzində isə 19,4 faiz bahalaşaraq 65,6 min ABŞ dollarına satılıb.

Nəticədə onun bazar kapitallaşması 1,2 trilyon dolları keçib.