Bitkoinin qiyməti 50 min dolları keçdi
    • 23-08-2021, 08:38
    • 2 798

Bitkoinin qiyməti 50 min dolları keçdi

Bitkoinin qiyməti 15 may tarixindən bəri ilk dəfə olaraq qısa müddətd üçün 50 min dollar həddini keçib

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan "Binance" birjasında bitkoin 2,5 faizdən bir qədər çox bahalaşaraq 50 min dolları göstəricisini aşıb. 

Daha sonra bitkoin ucuzlaşaraq satışı 49.9-49.8 min dollar arasında olub. 

Hazırda bitkoin satış qiymətini bərpa edir. Kriptovalyuta may ayında dəyərinin demək olar ki, üçdə birini itirib. Qiymət isə 57.7 min dollardan 37.3 min dollara düşüb.