Metroda silahlı atışma: 1 ölü, 6 yaralı
    • 13-02-2024, 12:29
    • 143

Metroda silahlı atışma: 1 ölü, 6 yaralı

ABŞ-ın Nyu-York ştatının Bronks şəhərində metroda iki qrup arasında dava düşüb.

News24.az xəbər verir ki, metro “Mount Eden Ave” stansiyasına yaxınlaşanda bir nəfər silahını çıxararaq atəş açıb, nəticədə 6 nəfər yaralanıb. Rayonapolisvə həkim briqadası göndərilib.

Nyu York Polis Departamentindən (NYPD) Maykl M. Kemperin verdiyi açıqlamaya görə, xəstəxanalara aparılan 6 nəfərdən biri dünyasını dəyişib.

Kember hücumun təsadüfi həyata keçirilmədiyini, iki qrup arasında dava çıxdıqdan sonra başladığını, vurulanların bəzilərinin dava tərəflərindən olduğunu, bəzilərinin isə dava ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Təhlükəsizlik kameralarını araşdıran polis hücumçunun arxasınca getdi. Məlumatı olan hər kəsdən polis şöbəsinə müraciət etmələri xahiş olunub.

Günel Məlikzadə