Ailələr arasında DAVA: 11 nəfər...
    • 4-12-2023, 07:43
    • 380

Ailələr arasında DAVA: 11 nəfər...



Türkiyənin Aydın şəhərində ailələr arasında dava olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

İki ailənin üzvləri şəhərin mərkəzində görüşərək mübahisə edib.

Mübahisə böyüdükcə tərəflər dəyənək və kəsici alətlərlə bir-birinə hücum edib.

Xəbərdarlıqdan sonra əraziyə polis və tibb qrupları göndərilib.

Ətraf rayonlardan gələn gücləndirmə qruplarının da müdaxilə etdiyi davada 11 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.