İmişlidə yanğın olub
    • 18-04-2019, 10:23
    • 930

İmişlidə yanğın olub

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyininin (FHN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə İmişli rayonunun Əliqulular kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.