Ağstafa və Balakəndə EV YANDI
    • 17-01-2020, 08:58
    • 1 766

Ağstafa və Balakəndə EV YANDI

Ağstafa və Balakən rayonlarında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə, digər otağının tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun İtitala kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.