Super Liqada reytinq yeniləndi
    • 13-02-2024, 16:19
    • 271

Super Liqada reytinq yeniləndi

Super Liqanın 25-ci həftəsi bitdiyi üçün Euro Club Index məlumat saytı Super Liqa üçün çempionluq və aşağı liqa proqnozlarını yeniləyib.

News24.az Euro Club İndeksinin məlumatına istinadən xəbər verir ki, liqanı sonuncu yerdə başa vuracaq komanda İstanbulspordur. Saytın məlumatına görə, sarı-qaralar mövsümü 19 xalla başa vuraraq, aşağı liqaya düşəcək.

Konyasporun 40 xalla aşağı liqaya düşən ikinci komanda olacağı proqnozlaşdırılırdı.

Pendikspor mövsümü 18-ci bitirəcək komanda kimi göstərilib. İstanbul komandasının 41 xal qazanacağı proqnozlaşdırılırdı.

Liqadan düşəcək sonuncu komandanın 42 xalla "Hatayspor" olacağı proqnozlaşdırılırdı.

Super Liqada 2023-2024-cü il mövsümünün ilk 5 xətti belədir: 

5- Başakşehir: 56 xal

4- Trabzonspor: 62 xal

3- Beşiktaş: 65 xal

2- Fənərbaxça: 96 xal

1- Qalatasaray: 98 xal

Günel Məlikzadə