-
- 7-10-2023, 01:18
- 671
Şahruddinin komandası “Trabzonspor”a qalib gəldi
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor” Türkiyə Superliqasında 8-ci turun oyununa çıxıb.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komanda doğma azarkeşləri önündə “Trabzonspor”u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ş.Məhhəməiyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Oyuna yeganə qolu matçın 29-cu dəqiqəsində Nani vurub.
Qeyd edək ki, bu nəticədən sonra Adana təmsilçisi 17 xalla (8 oyun) 3-cü pillədə qərarlaşıb. “Fənərbaxça” 21 xalla (7 oyun) 1-ci, “Qalatasaray” 19 xalla (7 oyun) 2-cidir.