-
- 13-02-2024, 18:52
- 1 285
Ailəsinin qətlinə görə saxlanılan Əhmədin FOTOsu
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
News24.az bildirir ki, "Qafqazinfo" ailəsini məhv etməkdə şübhəli bilinən Əhməd Əhmədovun fotosunu əldə edib.
Məlum olub ki, Əhmədin özü də anasının direktoru olduğu 59 saylı məktəbdə, o cümlədə 191 və 272 saylı məktəblərdə təhsil alıb. O, bir müddət Rusiyada da yaşayıb.