“Nə metronu pislədim, nə də…” – Rafael İsgəndərov
    • 14-02-2024, 11:03
    • 177

“Nə metronu pislədim, nə də…” – Rafael İsgəndərov

Əməkdar artist Rafael İsgəndərovun metrodan etdiyi paylaşım tənqidlərə səbəb olub. 

News24.az xəbər verir ki, 21 il sonra metroya mindiyini bildirən aktyorun paylaşımı birmənalı qarşılanmayıb. Hətta izləyicilər aktyora metroda çəkilişin qadağan olunduğunu bildiriblər. 

R.İsgəndərov isə tənqidlərə belə cavab verib: 

"Ay camaat, hamıya təşəkkür edirəm. Amma təki yazmaq xətrinə nə gəldi yazmayın. Öz sevincimi bildirdim ki, metroya minmişəm. Nə metro ilə gedənləri pislədim, nə də metronu. Allah xalqımızı, vətənimizi qorusun”. 

Qeyd edək ki, Rafael İsgəndərov metroda lentə alınan videosunu paylaşaraq 1 illik fasilədən sonra, yenə metrodan istifadə etdim. uşaqlıq və gənclik illərinə qayıtdım. Bakı metrosu çox gözəldir” şərhini yazmışdı.