Bakıda tükürpədici hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO
    • 14-02-2024, 12:58
    • 2 167

Bakıda tükürpədici hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO

Bakıda ata, ana və onların 9 yaşlı övladı qətlə yetirilib.

Bu azmış kimi, başqa bir ünvanda isə ailənin 27 yaşlı qızı və onun azyaşlı övladının həyatına son qoyulub.

Daha bir dəhşətli məqam isə cinayəti törətməkdə şübhəli bilinən ailənin digər üzvünün olmasıdır.

Ötən gün Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qətli törədən şəxsin hadisə zamanı baltadan istifadə etdiyi bildirilib.

Qətlə yetirilən şəxslərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Hadisədən şoka düşən qonşuların sözlərinə görə, ailə başçısı 52 yaşlı Mehman Əhmədov bizneslə məşğul olurmuş. Ata hadisədən bir neçə saat əvvəl yaxınlıqdakı kafeyə gələrək çay da içib. Sosial şəbəkələrdə yayılan məlumata görə, qətli törədən şəxs ciddi psixoloji xəstəlikdən əziyyət çəkirmiş. O, ailəsinin təkidi ilə xəstəxanadan çıxarılıb. Bu gün isə dəhşətli qətli törətməkdə şübhəli bilinir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Tükürpədici hadisə ilə bağlı Baş Prokruorluq da məlumat yayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda xüsusi amansızlıqla qəsdən adam öldürmə və iki və ya daha çox şəxsi öldürmə maddələrilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.