Müşfiq Mirzəyevə VƏZİFƏ VERİLDİ - FOTO
    • 14-02-2024, 15:34
    • 239

Müşfiq Mirzəyevə VƏZİFƏ VERİLDİ - FOTO

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib.

News24.az sfera.az-a istinadən xəbər verir ki, mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub.

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.

Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.