Aybəniz Sanıyevaya vəzifə verildi – FOTO
    • 16-03-2023, 10:57
    • 1 307

Aybəniz Sanıyevaya vəzifə verildi – FOTO

Suraxanı Tibb Mərkəzinə yeni direktor təyin edilib.

News24.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Aybəniz Sanıyeva Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Suraxanı Tibb Mərkəzinin sabiq direktoru Azər Məmmədov fevral ayının 12-də dünyasını dəyişib.