Yeni xəstəlik aşkarlandı - Ölənlər var
    • 14-02-2024, 20:39
    • 426

Yeni xəstəlik aşkarlandı - Ölənlər var


Argentinanın bir sıra əyalətlərində Denge (Danq) qızdırması aşkar edilib.

News24.az sfera.az-a istinadən xəbər verir ki, Argentinanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin 24 əyalətindən 14-ü virusun öz ərazilərində yayıldığını təsdiqləyib.

Argentinada ünumilikdə 39 544 danq qızdırması halı qeydə alınıb, onlardan 29-u ölümcül olub.

Danq qızdırmasının ağcaqanad dişləməsi ilə yoluxduğu bildirilir. Xəstəlik Argentina bölgələrinin yarıdan çoxunda aşkar edilib.

Jurnalistlərin sözlərinə görə, danq qızdırması ölkənin mərkəzi və şimal-şərq bölgələrdəki bütün əyalətləri və ölkənin şimal-qərbində yerləşən beş əyalətə yayılıb.

Nazirliyin Milli Epidemioloji Faktlar şöbəsi fevralın əvvəlinə olan məlumatına görə, 36 765 yoluxma halı yerli, 1 813-ü xaricdən gətirilib, 966-nın isə araşdırılması davam edir.

Həmçinin bildirilir ki, 2023-cü il avqustun sonundan 2024-cü ilin fevral ayının əvvəlinə qədər qızdırma xəstəliyinə yoluxma səviyyəsi ölkə üzrə hər 100.000 əhaliyə 86 hal təşkil edib.

Danq qızdırmasının simptomlarına yüksək hərarət, əzələ və ya oynaq ağrısı, ürəkbulanma və qırmızı səpgilərin görünüşü daxildir.