-
- 12-05-2023, 09:43
- 268
Peruda danq qızdırmasına yoluxma 73 mini keçdi - ÖLÜ SAYI ARTIR
Cənubi Amerika ölkəsi olan Peruda danq qızdırması 73 mindən artıq insanda müşahidə edilib.
News24.az xəbər verir ki, xəstəlikdən 80 nəfər dünyasını dəyişib.
Perunun səhiyyə naziri Rosa Qutierrez danq qızdırması ilə mübarizə üçün 10 milyon dollar büdcə ayrıldığını açıqlayıb.
Hökumət xəstəlik səbəbindən 226 rayonda fövqəladə vəziyyəti daha 4 ay uzadıldığını bildirib.
Perunun bəzi bölgələrində xəstəlik səbəbiylə xəstəxanalarda doluluq nisbətinin xeyli artdığı vurğulanıb.
Ölkədə danq qızdırması hallarının artması ilə əlaqədar fevralın 25-də 13 bölgədə səhiyyədə fövqəladə vəziyyət elan edilib. /NTV Türkiye/