-
- 15-02-2024, 08:04
- 7 279
“Əhməd heç kimi öldürməyib..." - AÇIQLAMA
"2015-ci ildə Əhməd heç kimi öldürməyib, sadəcə dostu ilə dalaşıb və məsələ qanun çərçivəsində yoluna qoyulub".
News24.az milli.az-a istinadla xəbər verir ki, bu fikirləri ötən gün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun qohumu Əhəd Musayev bildirib.
"Əhmədin kimisə öldürüb qanundan yayınması kimi iddialar əsassızdır. Heç bir ölüm işi olmayıb. Əhməddə böyük travma yox idi.
Travma alması ilə bağlı məlumatlar haradan alınıb bilmirəm. Hansı ata-ana istəyər ki, övladı belə olsun? Sosial şəbəkələrdə "belə olmalı idi", "yaxşı olub" kimi şərh yazanlara səslənirəm ki, ayıbdır", - deyə o əlavə edib