Putin dünyanı sevindirdi: xərçəngin peyvəndi HAZIRDIR
    • 15-02-2024, 10:52
    • 417

Putin dünyanı sevindirdi: xərçəngin peyvəndi HAZIRDIR

Rusiya prezidenti Vladimir Putin ölkəsində xərçəng müalicəsi araşdırmalarının davam etdiyini bildirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Putin Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu” tədbirində çıxış edib.

O, Rusiyada son beş ildə 500-dən çox xərçəng müalicə mərkəzinin açıldığını diqqətə çatdırıb: "Ölkədə diaqnostika, müalicə və reabilitasiya ilə bağlı yüksək standartlar qurulub. Bunun nəticəsində indi onkoloji halların yarıdan çoxu ilk mərhələdə aşkar edilir".

Putin xərçəngin müalicəsi haqqında peyvənd araşdırmaların da aparıldığını vurğulayıb: “Xərçəng peyvəndi olaraq bilinən yeni nəsil immun sistemini tənzimləyən dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, tezliklə fərdi müalicə üsulları olaraq effektiv istifadə olunacaq".

Qeyd edək ki, Rusiyada COVID-19 epidemiyası zamanı "Sputnik" və "Sputnik Light" peyvəndləri hazırlanıb. Bu peyvəndlər bəzi ölkələrdə də istifadə olunub.