-
- 15-02-2024, 16:20
- 371
Mərmərə dənizində batan gəminin limanda son görüntüsü üzə çıxdı
Türkiyənin Mərmərə dənizində suya qərq olan və batan 69 metr uzunluğundakı yük gəmisinin son görüntüləri limandan çıxmazdan əvvəl əldə edilib.
News24.az xəbər verir ki, 1250 ton mərmər tozu ilə yüklənmiş "Batuhan A" adlı gəmi Balıkəsirdə Mərmərə adasındakı Bədalan limanından çıxmazdan əvvəl təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Təhlükəsizlik kamerası görüntülərində dünən axşam saatlarında limanda gözləyən "Batuhan A" gəmisi görünür.
Gəmidəki 6 nəfərlik heyətin axtarış-xilasetmə işləri 275 personal ilə davam edir.
Balıkəsirdə Mərmərə adasından Bursansanın Gemlik rayonundakı Roda limanına hərəkət edən "Batuhan A" adlı yük gəmisi ağır hava və dəniz şəraiti səbəbindən Karacabey rayonu sahillərində batıb. Gəminin batdığı ehtimal edilən ərazidə boş xilasedici sal tapılıb.
Günel Məlikzadə