Gəncədə minik maşını ağaca çırpılıb
    • 15-02-2024, 22:23
    • 197

Gəncədə minik maşını ağaca çırpılıb


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "KIA"markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.