Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü
    • 28-01-2024, 23:26
    • 215

Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü


Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Yeni Gəncə" yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb.