Milli Məclisdə bu qanunu təsdiqləndi
    • 16-02-2024, 11:53
    • 164

Milli Məclisdə bu qanunu təsdiqləndi

Parlament “Su təchizatı və tullantı suları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini ilk oxunuşda təsdiqləyib.

News24.az-ın xəbərinə əsasən, parlamentin bugünkü plenar iclasında dəyişikliyin mahiyyəti deputatlara izah olunub.

Qeyd edilib ki, layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Qoşulma nöqtəsi tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulma yeridir. Qoşulma müqaviləsi tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəddir.

Layihəyə görə, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək.

Fərid Azəri