-
- 16-02-2024, 12:00
- 181
Avstraliya Ukraynaya 32,5 milyon dollar ayırır
Avstraliyanın Baş naziri Entoni Albanese, Ukraynaya əlavə 32,5 milyon dollar ayırmaqla yardımın həcmini artıracağını açıqladı.
News24.az xəbər verir ki, bu barədə hökumət rəhbərinin yaydığı bəyanatda deyilir.
“Ukrayna silah və müdafiə avadanlığının alınması üçün 50 milyon Avstraliya dolları (təxminən 32,5 milyon dollar) qrant verəcək. Avstraliya Ukraynanı və onun cəsarətli xalqını dəstəkləməkdə və hər bir suveren xalqın öz sərhədləri daxilində təhlükəsiz olmaq və öz gələcəyini təyin etmək hüququnun əsas prinsipini müdafiə etməkdə sadiq qalır", - Albanese deyib.
Avstraliyanın baş naziri həmçinin qeyd edib ki, Kanberranın Kiyevə göndərdiyi maliyyə və hərbi yardımın ümumi həcmi 960 milyon Avstraliya dollarını (625 milyon dollar) ötür. Bu məbləğin 780 milyon Avstraliya dollarından çoxu (təxminən 510 milyon dollar) silahların alınmasına xərclənib.
Mehriban Mirzəzadə