"Torpaq sahələri fantastik qiymətlərə satılır"
    • 16-02-2024, 13:29
    • 535

"Torpaq sahələri fantastik qiymətlərə satılır"

Tikinti işləri o qədər sürətlə gedib ki, artıq fərdi həyət evləri və ya çoxmənzilli binalar üçün topraq sahəsi demək olar yox dərəcəsindədir.

Bunu News24.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ölkədə tikilən evlərin azalmasının qaçınılmaz olduğunu vurğulayan ekspert əlavə edib ki, həm Bakıda, həm ətraf ərazilərdə torpaq sahələrinin azalması ilə qiymət artımı müşahidə olunur:

"Qiymət artımı tikilən evlərin azalmasına səbəb olur. Təkcə paytaxtda deyil, Abşeron, Xırdalan və s. kimi ərazilərdə də binaların inşası üçün torpaq sahələri azdır. Qalan torpaq sahələri də fantastik qiymətlərə satılır. Tikinti şirkətləri ya köhnə binaları sökərək, ya da fantastik qiymətə satılan əraziləri alaraq tikinti işləri aparmalı olurlar. Bu da öz növbəsində qiymət artımına gətirib çıxardır".

Günel Məlikzadə