-
- 16-02-2024, 14:59
- 173
Xəzərdə balıqçı qayığı batdı: İki nəfər öldü
Dağıstanda Xəzər dənizində, Sulak çayı yaxınlığında üç balıqçının olduğu qayıq aşıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.
Bir gün əvvəl Xəzər dənizində tufan vardı. Amm a buna məhəl qoymayan balıqçılar dənizə çıxıblar.
Onlar sahildən 7 kilometr uzaqlaşıblar. Fırtına daha da gücləndiyi üçün dalğalar qayığı çevirib.
Məlumata görə, bir nəfər xilas olub, iki nəfərin axtarışına başlanılıb. Eyni zamanda, ilkin versiyaya görə, həmin şəxslər - 34 və 21 yaşlı kişilər boğulublar.