Türkiyəyə keçmək istəyən miqrantların qayığı batdı azyaşlılar öldü
    • 12-01-2020, 11:33
    • 782

Türkiyəyə keçmək istəyən miqrantların qayığı batdı azyaşlılar öldü

Egey dənizində - Türkiyənin İzmir şəhərinin Çeşmə rayonu sahillərində içərisində qanunsuz miqrantların olduğu qayıq batıb.
News24.az xəbər verir ki, hadisə nəticəsində qayıqda olan 19 nəfərdən 11-i həlak olub. Digər 8 nəfər xilas edilib. Həlak olanların cəsədləri dənizdən çıxarılıb. Ölənlərdən səkkizi azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.