Biz özümüzü Qərbdən təcrid etmirik - Fərid Şəfiyev
    • 16-02-2024, 16:10
    • 104

Biz özümüzü Qərbdən təcrid etmirik - Fərid Şəfiyev

Qərbdə Azərbaycanı əsassız yerə ittiham edirlər.

News24.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

“Qərb Ermənistanı silahlandırır və ona dəstək verir. Hətta, Azərbaycan və Ermənistan arasındakı vəziyyəti gərginləşdirir. Biz özümüzü Qərbdən təcrid etmirik. Amma onların bizə qarşı olan yanaşmasında problem var. Bu gün Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Ancaq Avropa İttifaqının Türkiyə və Azərbaycana qarşı qərəzli münasibətini göstərən açıq faktlar mövcuddur.  Türk dövlətləri və Azərbaycan-Türkiyə tandemi geosiyasi bir seçimdir, "- deyə o qeyd edib.

Mehriban Mirzəzadə