"Apple" qatlana bilən "iPhone" buraxacaq?
    • 16-02-2024, 18:31
    • 242

"Apple" qatlana bilən "iPhone" buraxacaq?

"Samsung" başda olmaqla "Huawei", "Xiaomi", "OPPO" və "vivo" kimi markaların bazar paylarını artırmaq üçün şiddətlə mübarizə apardığı Apple-ın qatlana bilən telefon biznesinə girib-girməyəcəyi böyük maraq doğurur. Ən son hesabatlar qatlana bilən "iPhone" gözləyən istifadəçiləri çox sevindirəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple-ın qatlana bilən iPhone-u aktiv şəkildə inkişaf etdirdiyini söylənib. Ancaq hələlik sözügedən model buraxılacaq vəziyyətdə deyil, bir sözlə, ilkin inkişaf mərhələsindədir. Markanın rəqib qatlana bilən telefonları dərindən araşdırdığı da məlumatlar arasındadır.

Əgər şayiələr doğrudursa, Apple-ın bu sahədə iki növ məhsul buraxmaq istədiyi bildirilir. Birincisi, "Galaxy Z Flip 5" kimi içəriyə qatlana bilən "iPhone," ikincisi isə "Galaxy Z Fold 5" kimi açıldıqda planşet ola bilən qatlanan iPad-dir.

Bəzi mənbələrə görə, "Apple" davamlılıq problemləri yaranmasın deyə "Galaxy Z Flip 5" konseptindən imtina edə və Galaxy Z Fold 5-ə bənzər bir məhsulla davam edə bilər. Bu zaman açılanda "iPad", qatlananda isə iPhone" ola biləcək məhsulla qarşılaşa bilərik.

Göründüyü kimi, nə qədər məlumat üzə çıxsa da, markanın qatlana bilən telefon araşdırmaları ilə bağlı hələ də çaşqınlıqlar var. Ən tez 2026-cı ildə qatlana bilən "iPhone" görəcəyimizi söyləyə bilərik.

Günel Məlikzadə