-
- 16-02-2024, 19:40
- 299
“Övladlarım heç nə iş gördüyümü bilmir” - Müğənni
Müğənni Rüfət Axundov açıqlaması ilə diqqət çəkib.
News24.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Xəzər axşamı" proqramında deyib. Övladlarından danışan Rüfət onların onun sənətindən xəbərsiz olduqlarını deyib:
"Övladlarım üçün bu sahədə maraq doğurmuram. Baxmırlar mənə. Onların öz dünyaları var. Heç soruşsan ki, atan nə işlə məşğuldur, bilmirlər. Onlar üçün mənim işim maraqlı deyil. Qızımın 13, oğlumun 12 yaşı var. Oğlum rus dilində təhsil alır. Çalışdığım qədər övladlarıma vaxt ayırıram. Vaxtım olan kimi harasa aparıram. İndi oğlum yapışıb ki, Azərbaycanda gəzmək bəsdir, gedək xaricə".