-
- 18-04-2019, 16:34
- 3 522
"Əkrəm Əylislinin Moskva barlarında içib dava salması..." - Kəramət Böyükçöl - FOTO - VİDEO
Tez-tez qalmaqallarla gündəmə gələn yazıçı Kəramət Böyükçölün News24.az-ın qonağı olub.
Müsahibəsində maraqlı məqamlara toxunan müsahibəmizin yazılı və video müsahibəsini təqdim edirik:
- Yenə qalmaqalla gündəmə gəldiniz. Eşitmişik, bu yaxınlarda yeni kitabınız çıxacaq. Mediada döyülmə ilə bağlı məlumatlar yeni kitab öncəsi düşünülmüş piardı, yoxsa bu, sadəcə bir təsadüfdür?
- Yalandır, əvvəla mən döyülməmişəm. Mən də Azərbaycan vətəndaşıyam, kafedə də otura bilərəm, kiminləsə mübahisəm də düşə bilər. Hər kəsin başına gələ bilər, sadəcə tanındığım üçün bunu ictimailəşdirirlər. Dava da mənimlə bağlı deyildi, dostum mübahisə etmişdi, hər hansı şəkildə onun yanında olmalı idim. Belə piyar olarmı?
- Dünən də sizin haqqınızda fikir paylaşıldı: Demisiniz ki, Cəlil Məmmədquluzadədən qat-qat böyük yazıçıyam. Maraqlıdır, hansı mənada böyüksüz, xarici görünüşdə, yoxsa yaradıcılıq və fəaliyyət baxımından?
- Siz də o yazının başlığını oxumusunuz. Jurnalistlərdən biri məndən açıqlama alırdı. Məndən soruşurdu ki, hekayələrində baş verənlər həqiqətən olub? Söhbət əsnasında dedim ki, Cəlil Məmmədqulizadə “Poçt qutusu” hekayəsini yazır, adamlar da gəlib ondan soruşur ki, doğurdan da Novruzəli poçt qutusuna məktubu ata bilməyib. O da işini atıb, bir-bir adamlara cavab verir ki, bu baş verib, ya yox? Cəlil Məmmədquluzadə bilirdi ki, onun toplumu poçt qutusuna məktub ata bilmiyəcək səviyyədədir. Bunu birləşdirib, cəmiyyətə bu formada çatdırıb. Jurnalist soruşdu ki, sən özünü Cəlil Məmmədquluzadə ilə müqayisə edirsən? Əlbəttə müqayisə edərəm. Burda yanlış nə var ki? O da Azərbaycan cəmiyyətinin üzvü olub, mən də Azərbaycanın yazıçısıyam. O da hekayələr yazır, mən də hekayələr yazıram. Çox dirəşdi mənimlə, axır mən də dedim ki, bəli mən Cəlil Məmmədquluzadədən qat-qat böyük yazıçıyam. Dəfələrlə mən öz hekayələrimi Mirzə Cəlilin adından vermişəm. Deyiblər, halal olsun, nə gözəl hekayədir. Mirzə Cəlilin hekayəsini də öz adımdan versəm, deyəcəklər boyunu yerə soxum Kəramət, bu nədir yazmısan. Oxumurlar, heç nədən xəbərləri yoxdur.
- Amma bir müddət əvvəl görkəmli şairimiz Xəlil Rza Ulutürk haqqında da xoşagəlməyən ifadələr işlətmişdiniz. Bildiyimə görə, Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən də məhz ədəbiyyat klassiklərinə hörmətsiz yanaşdığınıza görə uzaqlaşdırılmısınız. Qorxmursuz ki, hazırda işlədiyiniz Bakı Dövlət Univeristetindən də çıxarıla bilərsiniz?
- Əgər bizim cəmiyyət Cəlil Məmmədquluzadəni bu qədər çox sevirsə, bəs niyə bu gündəyik. Axı onu sevən cəmiyyətin intellektual səviyyəsi bu şəkildə olmamalıdır. İnandırım ki, Cəlil Məmmədquluzadəni mütaliə etmiş bir adam heç vaxt mənim fikrimə bu formada reaksiya verməz. Ən pis halda gülümsəyib, keçər. İkincisi, Xəlil Rza Ulutürklə bağlı fikirlərimi tamamilə ayrı konteksdə demişdim. Azərbaycanda təəssüflər olsun ki, bizim şair, yazşçılarımızın böyük əksəriyyəti təyinatı üzrə sevilmirlər. Məsələn, Xəlil Rza Ulutürk şair kimi deyil, şəhid atası kimi daha çox sevilir. Hüseyn Cavid şair, filosof, dramaturq kimi yox, repressiya olunub deyə sevilir, Mikayıl Müşviq öz yaradıcılığına, şeirlərinə görə yox, nakam öldüyünə görə sevilir.
- Bu sizin subyektiv fikriniz ola bilər. Məgər onları yaradıcılığına görə sevən azdır?
- Mən böyük əksəriyyəti götürürəm. Onları yaradıcılıqlarına görə sevən adamlar bu dərəcədə aqressiv olmurlar. Ikincisi, bir insanın özünü azad va rahat şəkildə ifadə etməsi üçün ucada dayanan heç bir dəyər yoxdur, o ucalıqdan baxanda hər şey quyunun dibində görünür. Cəlil Məmmədquluzadə, Xəlil Rza Ulutürk və digərlərinin də əsas amalı fikir azadlığından ibarət olub. Mən nə demişəm ki? Cəlil Məmmədquluzadə haqqında dediyimdə hər hansı təhqir varmı? Necə olur ki, atalar sözündə deyildiyi kimi, biz general olmaq istəməyən əskəri qəbul etmirik. Amma bir gənc yazarın özünü üstün saymasını aqressiya ilə qarşılayırıq. Eyni zamanda, Bakı Dövlət Universiteti mənim iş yerimdi. Mən də yaradıcı adamam, mənim bu cür fikirlərimə qarşı BDU da hər hansı irad bildirilərsə, bu mənim üçün yox, univeristet üçün biyabırçılıq olar. Necə yəni biz həmişə söz azadlığından, demokratiydan danışaq, amma cavan yazıçının fikirlərinə görə ona bu şəkildə mane olaq. Hesab edirəm ki, universitetdə də belə problemlər olmayib, olmaz da.
- Əlbəttə, sizin Cəlil Məmmədquluzadədən yüksəkdə olmaq istəyiniz də, haqqınız ola bilər. Bir neçə hekayənizi oxudum. İçində maraqlı olanları da var, etiraf etmək lazımdır, amma dahi yazıçımızla müaqayisə edilə bilməz. Yəqin siz də etiraf edərsiniz...
- Yenə deyirəm, ümumi fikir olaraq demişəm. Hər halda mən o qədər ağlımı itirməmişəm ki, şüursuz şəkildə, arxasında heç bir potensial qüvvə dayanmadan deyəm ki, mən ondan böyük yazıçıyam. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı, maarifçiliyi istiqamətində elə bir model cızıb ki, biz istəsək də, istəməsk də, o modelin içindəyik. Ondan kənara çıxa bilmirik. Adam var, Cəlil Məmmədquluzadəni tənqid edir, amma kənardan baxırsan ki, özü onun cızdığı modelin içindədir.
- Məsələn siz özünüzdə kefli İskəndəri görürsünüzmü?
- Mən özümə desəm ki, kefli İskəndərəm, bu, düzgün olmaz. Bunu kənardan kimsə belə görürsə, bu, başqa məsələ.
- Statuslarınızın birində yazmısınız ki, bir statusu belə pulsuz yazmaq istəmirsiz. Ədəbiyyat klassikləri ilə bağlı dediklərinizi də pul naminə etmirsiz ki?
- Yox. Əvvəla status bizdə düşüncədə oturuşmayib, adamlar status deyəndə gülür. Artıq status bir janrdır. Mən onu yarı zarafat demişdim ki, təfəkkürüm o qədər kapitallaşıb ki, artıq statusu da pulsuz yazmaq istəmirəm.
- Bir az əsərləriniz haqqında danışaq. Yeni “Pozğun”, “Ana söyüşü” əsərlərinizin adı ilə içində yazılanlar eynidirmi, ümumiyyətlə, hansı yaş kateqoriyası üçün nəzərdə tutmusunuz?
- Rafik Tağının bir sözü var, bizdə əxlaq deyəndə, cinsiyyət orqanı yada düşür. “Pozğun” kitabını görəndə Allah bilir ağlımıza nə fikirlər gəlir. Söhbət mənəvi pozğunluqdan gedir. Milliliklə bəşərilik qarşı-qarşıya qoyulub. Məsələn, beş yüz yaşlı Çinar ağacı orda aşır, bütün kənd bu çinarın başına toplaşır ki, bu Çinar niyə aşdı. Hərəsi öz təfəkkürünə uyğun fikir bildirir. Çinar Palma ağacı ilə müqayisə olunur orda. Deyilir ki, şəhərdə palma ağacları əkilir. Əslində Palma ağacına olan məhəbbət və onun beş yüz yaşlı Çinarla əvəz olunması bizim mənəvi pozğunluğumuzu əks etdirir. “Ana söyüşü” əsərində də bir əskəri ana söyüşü üstündə öldürürlər. Əslində başqa səbəb olur. Öldürəndən sonra adını qoyurlar ki, o məni söydü, arada mübahisə düşdü. Sadəcə olaraq, burada ironik mənada deyilir. Əsərdə Qarabağ müharibəsində Aazərbaycanla Ermənistan səngərində baş verənlərdən bəhs edir. Yəni, əsərin adına baxaraq, göz bərəltmək düzgün deyil. O ki qaldı əsərə, açıq-saçıq adların qoyulmasına, bəli, mən bizim cəmiyyətə, insanlara nəyin lazım olduğunu artıq başa düşmüşəm. İnsanları bu cür adlarla həvəsləndirib, bəlkə kitaba doğru gətirmək olar.
- Atanız müsahibələrin birində demişdir ki, ailənizin dağılmasına alkaqollu içkilər səbəb olub. Içkini tərgitdiyinizi də demişdiniz. Amma o gün dostlarınızla pivə qonaqlığından şəkil paylaşmışdınız. Necə anlayaq?
- İçki, ailəmin dağılması məsələsi, bunlar hamısı məişət söhbətləridi. Təəssüflər olsun ki, atam bunu ictimailəşdirib. Içki mənim tamamilə şəxsi işimdi. Ailəm dağılıbsa da, niyə faciə olmalıdır? Alınmayacaq, bir dəfə də ailə quracaqsan. Dünyada bu, birinci dəfə deyil. Dünyada gecədən səhərə kimi barlarda yatan yazıçı da birinci dəfə deyil. Minlərlə belə fakt saymaq olar. Anarla Vaqif Səmədoğlunun içki ilə bağlı çoxlu xatirələri var. Əkrəm Əylislinin Moskva barlarında içib dava salması ilə bağlı o qədər xatirələri var. Sadəcə bizim cəmiyyət ədəbiyyatdan, yazıçı həyatından xəbərsizdir. Yazıçı da insandır. Məsələn, deyirlər, yazıçı nümunəvi olmalıdır. Mənim əsərlərimə baxsınlar, nə içdiyim, şəxsi həyatım onları maraqlandırmamalıdır. Feysbuk profilimə girib, burnunuzu soxub, statuslarıma niyə rəy bildirirlər? Xoşlarına gəlmirsə, çıxsınlar...
- Yazıçıların, həyatından söz düşmüşkən, Viktor Hüqonu da həyat yoldaşı atıb, ona başqası ilə xəyanət edib, o da bundan sonra əxlaqsız qadınlarla gün keçirirmiş. Amma bir neçə minnilliyə örnək olacaq bir əsər - “Səfilləri”i ortaya qoyub. Yani şəxsi həyatını əsərlərində heç hiss etdirməyib, əxlaqi dəyərlərə o qədər qiymət verib ki, hesab edirəm ki, “Səfillər” hər kəsin həyat bilğisi kimi daim oxuduğu əsər olmalıdır. Sizin də belə bir əsər ortaya qoyacaq qədər özünüzdə gücünüz varmı?
- “Səfillər” səviyyəsində əsər yazacağım söz vermirəm. Dünyada minlərlə yazıçı olub, çoxlarının ürəyindən keçə bilər ki, onlar Viktor Hüqo kimi yazıçı olsun. Mənim belə bir öhdəliyim də yoxdur. Mən Azərbaycan yazıçısıyam, Fransa yazıçısı deyiləm. Azərbaycan nə vaxtsa, Fransa ola bilərsə, onda mən yüz faiz söz verirəm ki, Viktor Hüqo olacam.
- Meyxanaçılarla da mübahisəniz yaranmışdı, məhkəməyə verəcəyinizi demişdiniz...
- Kimisə məhkəməyə vermək kimi xüsusiyyətim yoxdur, əlbəttə əgər çox ciddi bir məsələ yoxdursa. Əslində, mənim meyxanaçılarla bağlı şəxsi davam yoxdur. Bu, ictimai məsələdir. Bu, mənim yox, Milli Televiziya və Radio Şurasının məşğul olacağı bir işdir. Uşaqlarımız oturub televizor qarşısında çırtma çala-çala bir-birinə söz atan, ağzına gələni deyən iki kişidən nə öyrənəcək, bu necə milli dəyərdi? Səfillərin adını çəkdik, bunu oxuyan uşaqla, meyxanaya qulaq asan uşağı müqayisə etsək, hanısının cinayətkar olmaq ehtimalı daha çoxdur? Əlbəttə ki, meyxanaya qulaq asanın oğru, cinayətkar olmaq ehtimalı daha çoxdur.
Afaq MİRAYİQ