Apple-ın ən sürətli cihazları bunlardır
    • 16-02-2024, 18:54
    • 212

Apple-ın ən sürətli cihazları bunlardır

Apple sentyabrın ortalarında öz tədbirində iPhone 15  də daxil olmaqla ən yeni məhsullarını təqdim edib. Beləliklə, brendin məhsul çeşidi genişlənib və müvafiq olaraq "AnTuTu" kimi platformalar tərəfindən hər ay dərc edilən hesabatlarda əhəmiyyətli dəyişikliklər olub.

Təbii ki, istifadəçiləri ən çox maraqlandıran məsələ keçən il təqdim edilən iPhone 15 modellərinin necə performans göstərəcəyi idi. Əslində, standart və Pro modellərinin fərqli prosessorlarla işləməsi beyinlərdə sual işarələrini daha da artırıb.

News24.az AnTuTu-nun məlumatlarına əsasən ən sürətli Apple cihazlarını təqdim edir:

  1. iPad Pro 6:  2 milyon 160 min 036 bal
  2. iPad Pro 4:  1 milyon 961 min 22 bal
  3. iPad Pro 5:  1 milyon 821 min 485 bal
  4. iPad Pro 3:  1 milyon 770 min 761 xal
  5. iPad Air 5  – 1 milyon 690 min 839 bal
  6. iPhone 15 Pro:  1 milyon 516 min 275 xal
  7. iPhone 15 Pro Max :  1 milyon 500 min 939 xal
  8. iPhone 14  Pro  – 1 milyon 432 min 920 xal
  9. iPhone 14 Pro  Max  – 1 milyon 428 min 70 xal
  10. iPhone 15 Plus  – 1 milyon 372 min 745 xal

Günel Məlikzadə