-
- 16-02-2024, 21:39
- 199
Prezident Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri ilə görüşdü
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.