Florensiyada binanın istinad divarı çökdü - Ölənlər var
    • 16-02-2024, 23:56
    • 320

Florensiyada binanın istinad divarı çökdü - Ölənlər var


İtaliyanın Florensiya şəhərində yeni inşa edilən supermarket binasının istinad divarının çökməsi nəticəsində üç işçi həlak olub.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə baş verən zaman tikinti sahəsində ümumilikdə 8 nəfərin olduğu, onlardan ikisinin yaralandığı, üç nəfərin uçqun altında qaldığı bildirilib.

Mülki müdafiə qüvvələri hazırda axtarış-xilasetmə işlərini davam etdirir.

İtaliyanın Baş naziri Ciorcia Meloni hadisədən kədərləndiyini deyib, faciə nəticəsində həlak olanların ailələrinə hökumət adından başsağlığı verib. O, axtarış-xilasetmə əməliyyatlarında iştirak edənlərə təşəkkürünü bildirib.