-
- 26-01-2021, 09:49
- 688
Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
News24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.
Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır.
İndiyədək dağıntılar altından 6 nəfər vətəndaş xilas olunaraq təhvil verilib, daha bir nəfərin isə cəsədi çıxarılıb. /Report.az/