Sərxoş görüntüsü yayılan Pərvin: “Siz bəyəm içmirsiz?” - FOTO - VİDEO
    • 18-04-2019, 16:58
    • 3 195

Sərxoş görüntüsü yayılan Pərvin: “Siz bəyəm içmirsiz?” - FOTO - VİDEO

Aktrisa Pərvin Abıyeva Heydər Əliyev adına Hava Limanında sərxoş vəziyyətdə görüntülərinin yayılmasına münasibət bildirib.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə və tənqid olunan video haqda aktrisa bunları deyib: “Limon suyu deyildi. “İtalyanski” ağ şərab idi. Nə gözəl, gəlişim sizə son bir ayda olan bütün pis hadisələri unutdurdu. İyirmi səkkiz yaşında yetişkin bir qadın sayılıram, on beş yaşında yeniyetmə yox.  Dövlətin aeroportu, dövlətin təyyarəsidir. Gizli etməmişəm ki. İçmişəm, içmişəm də... Siz bəyəm içmirsiz?”

Teymur MƏMMƏDOV