iPhone 16-nın kamerası dəyişdi! FOTO
    • 17-02-2024, 17:50
    • 158

iPhone 16-nın kamerası dəyişdi! FOTO

"Apple iPhone 16" seriyası ilə smartfonlarında əhəmiyyətli dizayn dəyişikliyi etməyə hazırlaşır. İllərdir üfüqi və ya düzbucaqlı şəkildə yerləşdirilmiş kameralara sahib olan şirkət, iPhone 16 modelləri ilə bunu dəyişəcək. Yeni sızan fotolar "iPhone 16" kamerasını üzə çıxardıb.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər iPhone 16-nın kamera modulunu ortaya çıxarıb. İddiaya görə, "Apple iPhone 12" seriyasından sonra ilk dəfə şaquli yerləşdirilmiş kameralardan istifadə edəcək. Bu, Pro və düz modellər arasındakı dizayn fərqini artıracaq.

Yayılan foto son aylarda ortaya çıxan məlumatlarla üst-üstə düşür. Əvvəllər paylaşılan texniki rəsm şəkilləri iPhone 16 və 16 Plus-ın şaquli kamera quruluşuna malik ola biləcəyini göstərdi. Bu, Apple-ın sınaqlarını sürətləndirdiyini göstərir.

Kameralarda şaquli tərtibata keçid Vision Pro-da istifadə edilən Spatial Video kimi təkmilləşdirmələrə imkan verə bilər. Hazırda "iPhone 15 Pro" ilə məhdudlaşan "Spatial Video", 3D video çəkmək üçün "LiDAR" skanerindən və dərinlik sensorlarından istifadə edir.

Günel Məlikzadə