Husilər Britaniyanın daha bir tankerini hədəf aldı
    • 17-02-2024, 13:10
    • 190

Husilər Britaniyanın daha bir tankerini hədəf aldı

Yəmənin husi üsyançı hərəkatı “Ənsar Allah” Qırmızı dənizdə Britaniyanın Pollux neft tankerinə raket zərbəsi endirib.

News24.az xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya bildirib.

"Yəmən donanması Qırmızı dənizdə Britaniyanın "Pollux" neft tankerinə qarşı əməliyyat keçirərək, ona çoxlu sayda gəmi əleyhinə raketlərlə hücum edib. Zərbə birbaşa və dəqiq olub", - deyə vurğulayıb.

Qeyd edək ki, daha əvvəl də husilər Qırmızı dənizdə Böyük Britaniya məxsus bir neçə tankeri vurub.

Mehriban Mirzəzadə