"Vivo X Fold 3"
    • 17-02-2024, 18:40
    • 236

"Vivo X Fold 3"

"Vivo" iki fərqli versiyanı təqdim edəcək: "X Fold 3 və X Fold 3 Pro". 

News24.az xəbər verir ki, Vivo əsas modelinə Qualcomm Snapdragon 8 Gen 2 prosessorunu daxil edəcək. Snapdragon 8 Gen 2 prosessorunda 1 3,2 GHz ARM Cortex-X3, 2 2,8 GHz ARM Cortex-A710, 2 2,8 GHz ARM Cortex-A715 və 3 2,0 GHz ARM Cortex-A510 nüvələri var.

Qurğuların 2024-cü ilin birinci rübündə təqdim ediləcəyi bildirilir. Məşhur analitik Digital Chat Station "X Fold 3 və X Fold 3 Pro" modellərinin Çin patentləri ilə çıxacağını bildirib.

Cihazlarda ediləcək digər mühüm dəyişiklik isə ekran tərəfindədir. "Vivo" seriyanın yeni modellərində daha yüksək ekran həlli təklif edəcək.

Üçlü kamera seriyası ilə gəlməsi gözlənilən cihazlara 50 Meqapiksellik əsas kamera, 50 Meqapiksellik geniş bucaqlı kamera və 50 Meqapiksellik telefoto obyektiv daxil olacaq. Batareyanın həm də X Fold 2-dən daha yüksək tutumlu olacağı bildirilir.

Günel Məlikzadə