Ramil əvəzlənib, komandası uduzub
    • 18-02-2024, 09:15
    • 154

Ramil əvəzlənib, komandası uduzub


Ramil əvəzlənib, komandası uduzub

Azərbaycanlı futbolçu Ramil Şeydayev Türkiyə 1-ci Liqasında ilk məğlubiyyətini yaşayıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, onun çıxış etdiyi “Kocaelispor” öz meydanında uduzub.

Şeydayevin komandası “Şanlıurfaspor”a 0:1 hesabı ilə təslim olub. Start heyətində yer alan Ramil fasilədə əvəzlənib. Bundan sonra 72-ci dəqiqədə qonaqlar oyunun taleyini həll edən qolu vurublar.

Qeyd edək ki, Ramilin komandası ardıcıl 2-ci oyunda xal itirib. 23 oyundan sonra hesabında 43 xal olan “Kocaelispor” 3-cü pillədə qərarlaşıb.