Doğduğu uşağı zibil qutusuna atdı
    • 18-02-2024, 15:34
    • 682

Doğduğu uşağı zibil qutusuna atdı

Novosibirsk sakini zibil qutusunda ədyala bükülmüş körpə tapıb. 

News24.az Lent.az-a istinadən məlumatına görə, kişi körpəni evinə gətirib və təcili yardım və polis çağırıb.

Müstəntiqlər müəyyən ediblər ki, uşağı zibil qutusuna onun öz anası, 22 yaşlı yerli sakin atıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edib ki, bu yolla hamiləlik və doğuş faktını valideynlərindən gizlətmək istəyib.

Qeyd olunur ki, o, körpəni ədyala bükərək evinin yaxınlığındakı zibil qutusuna qoyub.

Uşağın bəxti gətirib - onu iki saat sonra 36 yaşlı yerli sakin aşkar edib.

Körpə sağ qalıb, lakin ümumi soyuqdəymə ilə xəstəxanaya aparılıb. Uşağın vəziyyəti qənaətbəxşdir.