-
- 19-07-2023, 16:51
- 372
Körpəsini zibil qutusuna atan anaya hansı cəza veriləcək?
Xəbər verdiyimiz kimi, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük parçaya bükülmüş uşaq tapılıb. Ana balasını öz əlləri ilə zibiliyə atıb. Hadisə təhlükəsizlik kameralarına düşüb.
Bəs, yeni doğulan körpəni zibil qutusuna atan ananı hansı cəza gözləyir?
Bununla bağlı News24.az-a danışan hüquqşünas Babək Qocayev bildirib ki, bu, xüsusi amansızlıqla törədilən cinayət hesab edilir:
"Ananın uşağı zibil qutusuna atması şəxsiyyət əleyhinə olan ən ağır cinayətlərdəndir. Əgər bu, uşağın ölümü ilə nəticələnibsə, qəsdən uşağın ölümünə yönələn hərəkətlər edilibsə, xüsusi amansızlıqla törədilən cinəyət hesab olunacaq. Xüsusi amansızlıqla törədilən cinayətin də sanksiyası yüksək həddə olur. Ölməyibsə belə bu, cinayətə cəhd hesab olunur. Biri var körpəni kiminsə qapısı ağzına qoymaq, o zaman uşağın yaşamaq ehtimalı olur. Bir də var, zibil qutusuna atmaq. Bu, xüsusi amansızlıq sayılır. Yəni birbaşa uşağı öldürmək məqsədi daşıyır".
Qumral Əliyeva