“MİNSK QRUPUNUN LƏĞVİNİN VAXTI ÇOXDAN YETİŞİB”
    • 18-02-2024, 20:11
    • 245

“MİNSK QRUPUNUN LƏĞVİNİN VAXTI ÇOXDAN YETİŞİB”

ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların ləğvinin vaxtı çoxdan yetişib.

RTV-nin AzərTAC-a istinadən xəbərinə görə, bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmid ilə görüşdə bildirib.

O deyib ki, hazırda ATƏT çərçivəsindəki büdcə problemlərini nəzərə alaraq mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltmək önəmlidir.