-
- 18-02-2024, 18:38
- 286
Bəşər Əsədin qardaşı öldürüldü
Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrail kəşfiyyatı tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürülüb.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İsrailli jurnalist Edi Kohen də X sosial şəbəkə hesabında Mahir Əsədlə bağlı tvit paylaşıb:
"Hörmətli atanıza və Qasım Süleymaniyə salam deyin".
Qeyd edək ki, Mahir Əsəd Suriya kəşfiyyatına rəhbərlik edirdi.